The Daily Baku
"Exit-poll": Paşinyanın partiyası seçkilərdə səslərin 56,7%-ni toplayıb
7 iyun 2026
21:28

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası parlament seçkilərində səslərin 56,7%-ni toplayır.
"The Daily Baku" xəbər verir ki, bu barədə "exit-poll"ların məlumatlarına istinadən "Civic News" internet resursu məlumat yayıb.
Resursun məlumatına görə, erməni əsilli rusiyalı iş adamı, "Tashir Group" şirkətlər qrupunun sahibi Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası 17,5% toplayır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/exit-poll-pasinyanin-partiyasi-seckilerde-seslerin-567-ni-toplayib