Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Krasnodar diyarına (Rusiya) hücumu nəticəsində Ust-Labinskdə neft bazasının ərazisində yanğın baş verib.
''The Daily Baku'' xəbər verir ki, bu barədə TASS regionun operativ qərargahına istinadən məlumat yayıb.
"Ust-Labinskdə PUA hücumu səbəbindən neft bazasının ərazisində yanğın olub. İlkin qiymətləndirməyə görə, xəsarət alan yoxdur. Yanğının söndürülməsinə 167 nəfər və 54 ədəd texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub", - məlumatda bildirilib.
Yanğın baş verən neft bazasının yaxınlığındakı evlərdən 60 nəfər təxliyə olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/dron-hucumundan-sonra-krasnodarda-neft-bazasi-alovlanib
