The Daily Baku
ABŞ və İran zərbə mübadiləsi fonunda dolayı danışıqları davam etdiriblər
11 iyun 2026
12:38

ABŞ və İran hətta tərəflər arasında davam edən zərbə mübadiləsi fonunda belə dolayı danışıqları davam etdiriblər.
Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
Qeyd edilib ki, Qətərin nümayəndə heyəti İran rəsmiləri ilə gecə aparılan danışıqlardan sonra iyunun 11-i səhər saatlarında Tehranı tərk edib.
Məlumata görə, danışıqlar ABŞ-nin iyunun 11-inə keçən gecə İran ərazisinə zərbələr endirdiyi vaxtda baş tutub.
Danışıqların təfərrüatları açıqlanmayıb.
Qətər ənənəvi olaraq Vaşinqton və Tehran arasındakı təmaslarda vasitəçi kimi çıxış edir və dəfələrlə tərəflər arasında mesajların ötürülməsi üçün kanal kimi istifadə edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-ve-iran-zerbe-mubadilesi-fonunda-dolayi-danisiqlari-davam-etdiribler