The Daily Baku
ABŞ lideri zərurət yaranarsa güc tətbiq edilə biləcəyini vurğulayıb
17 iyun 2026
14:21

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin qarşılıqlı anlaşma memorandumu üzrə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə İrana hava zərbələrini bərpa etməklə hədələyib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Tramp Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında deyib.
"Əgər bu mənim xoşuma gəlməsə, əgər onlar özlərini necə lazımdırsa elə aparmasalar, biz yenidən birbaşa onların başlarına bombalar atmağa başlayacağıq. Aydındır?", - Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/abs-lideri-zeruret-yaranarsa-guc-tetbiq-edile-bileceyini-vurgulayib